Dövlət Komitəsinin əməkdaşları Gəncədə baş verən terror zamanı valideynlərini itirən azyaşlı Xədicəni ziyarət ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin əməkdaşları Gəncədə baş verən terror zamanı valideynlərini itirən azyaşlı Xədicəni ziyarət ediblər – FOTO

19:49 - 06 / 11 / 2020
Dövlət Komitəsinin əməkdaşları Gəncədə baş verən terror zamanı valideynlərini itirən azyaşlı Xədicəni ziyarət ediblər – FOTO

Ermənistanın siyasi rəhbərliyi tərəfindən Gəncə şəhərinə edilən hərbi cinayət nəticəsində hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə və onun yaxın qohumları bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən ziyarət edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Komitənin Gəncə şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin mövcud olmaması səbəbindən Göygöldə yerləşən mərkəzin əməkdaşları azyaşlı Xədicənin ata və ana qohumları ilə növbəti dəfə görüşüb, tərəflər dinlənilərək fikirləri öyrənilib. Hər iki tərəf uşağı himayəyə götürməkdə maraqlı olduğunu bildirib.

Hazırda ana nənəsinin himayəsində olan Xədicənin psixoloji vəziyyəti yenidən qiymətləndirilib və əhval-ruhiyyəsinin yaxşı olduğu qənaətinə gəlinib.

Azyaşlının qəyyumluğa verilməsi məsələsi haqqında aidiyyəti qurumlar tərəfindən uşağın ən yaxşı maraqları nəzərə alınmaqla qanuna müvafiq şəkildə qərar veriləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 3-də Komitənin nümayəndələri ailəyə səfər edərkən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılaraq narahatlığa səbəb olan video ilə bağlı əməkdaşlarımıza məlumat verilib.

Bir daha qeyd edirik ki, məsələ Komitənin nəzarətindədir.

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər