COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı hesabatı eyniadlı jurnalda dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı hesabatı eyniadlı jurnalda dərc olunub

22:36 - 06 / 11 / 2020
COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı hesabatı eyniadlı jurnalda dərc olunub

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabatı “COJEP” jurnalında tam şəkildə dərc olunub.

AZƏRTAC xəbər verir ki, hesabatın əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyondan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və humanitar problemlər yaradıb. Qeyd edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ regionunun ümumi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000 kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7 rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların sayı isə 86 mindir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunur.

Hesabatda bildirilir ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiqyaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri qəsdən ağır artilleriyadan, raket sistemlərindən və beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan atəşə tutur.

BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə Protokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi münaqişələr zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və uşaqların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə əməl etməlidirlər.

Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks olunub. Ermənistanın Azərbaycan şəhərlərinə atdığı mərmilərin, dağılan evlərin sayı, həlak olan və yaralanan insanların adları verilib. Vurğulanıb ki, Ermənistan qadın, uşaq, yaşlı demədən mülki əhalini, dinc sakinlərlə yanaşı, mülki, eləcə də strateji əhəmiyyətə malik obyektləri hədəfə alır.

Qeyd edilir ki, bu hesabat Ermənistanın cari il sentyabrın 27-dən etibarən beynəlxalq humanitar hüququ pozaraq Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətlərini sistemləşdirmək məqsədilə hazırlanıb.

S.Xankişiyeva

 

Paylaş:
591

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər