Azərbaycanın Los Ancelesdəki baş konsulu və Azərbaycan icması ermənilərin türk restoranına hücumunu pisləyiblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Los Ancelesdəki baş konsulu və Azərbaycan icması ermənilərin türk restoranına hücumunu pisləyiblər - FOTO

11:06 - 06 / 11 / 2020
Azərbaycanın Los Ancelesdəki baş konsulu və Azərbaycan icması ermənilərin türk restoranına hücumunu pisləyiblər - FOTO

4 noyabr 2020-ci il tarixində axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Qeyd edək ki, Beverli Hils şəhəri Los Anceles vilayətində yerləşir və Los Anceles şəhəri ilə əhatə olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 1news.az-a verilən xəbərə görə, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

Türkiyənin baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.

Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.

Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.

Cinayətin təhlükəsizlik kameralarına düşən görüntüləri:

Qafar Ağayev

Paylaş:
464

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər