“Le Monde”: Şuşa uğrunda gecə döyüşləri Azərbaycan Ordusunun uğuru ilə başa çatıb – FOTO
Fransanın “Le Monde” qəzeti Qarabağdan hazırladığı reportajda işğalçı erməni ordusunun acınacaqlı vəziyyətini tam şəkildə təsvir edib.
Nəşrin reportajından bəzi məqamları nəzərinizə çatdırırıq:
“Azərbaycan qoşunları artıq tarixi Şuşa şəhərinə çatıb. Erməni qoşunları param-parçadır. Onlarla yaralı qanlar içində hərbi maşınlarda Xankəndi (Stepanakert) vadisindəki xəstəxanaya qaçırılır.
Xankəndidə (Stepanakert) bu döyüşü tanımasa da, 6 noyabrda Şuşa uğrunda gedən gecə döyüşlərini Azərbaycan Ordusunun uğuru ilə başa çatıb.
Erməni xüsusi təyinatlı döyüşçü Ovik boynundakı kiçik güllə yarasına toxunaraq “möcüzəvi şəkildə sağ qaldım” deyir.
Hücumlar o qədər güclü idi ki, geri çəkilməli olublar. Snayper onu Xankəndidən (Stepanakert) cəmi 4 kilometr aralı məsafədə vurub ki, bu da şəhərin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olmasına işarədir.
Döyüşçülərdən bəzilərinin daha ciddi xəsarətləri var, onlar artıq döyüşə bilməyəcəklər və təcili əməliyyatdan sonra qırılmış Laçın dəhlizinə yeganə alternativ olan "şimal yolu" ilə Ermənistana göndərilmək niyyətindədirlər”.
S.Xankişiyeva