Təhsil Nazirliyi: Erməni təcavüzünün qurbanı olan məktəblilərin sayı 10-a çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Erməni təcavüzünün qurbanı olan məktəblilərin sayı 10-a çatıb

20:42 - 07 / 11 / 2020
Təhsil Nazirliyi: Erməni təcavüzünün qurbanı olan məktəblilərin sayı 10-a çatıb

Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

"Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı", - deyə nazirliyin sosial şəbəkədəki səhifəsində bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
568

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər