ABŞ KİV-ləri: Bayden prezident seçkilərində qalib gəlib | 1news.az | Xəbərlər
Dünya

ABŞ KİV-ləri: Bayden prezident seçkilərində qalib gəlib

21:24 - 07 / 11 / 2020
ABŞ KİV-ləri: Bayden prezident seçkilərində qalib gəlib

Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəlib.

Bu barədə "CNN" telekanalı, "Associated Press" agentliyi və "NBC" telekanalı xəbər verir.

Məlumata əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (202 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.

Mənbə: TASS

 

 

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər