“Hüquqi Təhlil və Araşdırmalar” İB Ermənistanın cinayətləri ilə bağlı hesabat hazırladı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hüquqi Təhlil və Araşdırmalar” İB Ermənistanın cinayətləri ilə bağlı hesabat hazırladı

11:17 - 07 / 11 / 2020
“Hüquqi Təhlil və Araşdırmalar” İB Ermənistanın cinayətləri ilə bağlı hesabat hazırladı

Bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilmişdir. Hesabat ingilis dilində hazırlanmış və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulmuşdur.

1news.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirmişdir ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanmışdır. Hesabat aşağıdakı məslələri əhatə etmişdir:

• Beynəlxalq hüquqda mülki şəxslərin qorunması

• Qarabağ münaqişəsi haqqında bilməli olduğumuz bəzi faktlar

• Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itikilərin sayı

• Atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması

• Bərdədə mülki şəxslərin kütləvi qətlləri

• Gəncəyə raket zərbələri

• Mülki insanlara humanitar dəstək

• Ermənistandan neft kəmərinə raket zərbəsi

• Azərbaycan yalnız hərbi obyektlərə zərbə vurmaqla müharibə qanunlarına riayət etməsi

• Beynəlxalq hüquqda silahlı qarşıdurmalarda qadın və uşaqların qorunması

• Ermənistan ordusunda azyaşlı əsgərlərdən istifadə və beynəlxalq hüquqi aspektlər

• Təhsil müəssisələrinin Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadəsi

• Uşaqların xüsusi qorunmasının beynəlxalq hüquq aspektləri

• Mülki insanları qorumaq üçün Azərbaycan tərəfindən həyata keçirilən Ermənistanı sülhə məcbur etmə siyasəti və beynəlxalq hüquq və doktrinalara uyğunluğu

• Nəticə və beynəlxalq birliyə müraciət Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənılməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur. Tədbirin sonunda Ramil İskəndərlinin söylədiyiniə görə, Ali Baş Komandan İlham Əliyevin işğalçı Ermənistana qarşı tətbiq etdiyi sülhə vadar etmə məqsədilə əks-hücum strategiyası beynəlxalq humanitar hüquq dərsliklərinə düşəcək.

1news.az

Paylaş:
651

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər