Cəbhənin Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhənin Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib - VİDEO

16:39 - 08 / 11 / 2020
Cəbhənin Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib - VİDEO

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

Qafar Ağayev

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər