Rusiyada təyyarə qəzası: NTV kanalının aparıcısı və bir qadın həlak oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada təyyarə qəzası: NTV kanalının aparıcısı və bir qadın həlak oldu - FOTO

11:46 - 08 / 11 / 2020
Rusiyada təyyarə qəzası: NTV kanalının aparıcısı və bir qadın həlak oldu - FOTO

Moskvada "Cessna" yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

1news.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.

"REN TV" xəbər verir ki, nəqliyyat vasitəsində aparıcı ilə bərabər 33 yaşlı Natalya Klimova da olub. Bəzi məlumatlara görə, mərhum qadın 2006-cı ildən bankda çalışırmış və şöbə direktorunun müavini imiş.

Təyyarə Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş edirmiş. Uçuş zamanı texniki səbəbdən mühərrik alovlanmağa başlayıb. Pilot təcili siqnal verərək təyyarəni tarlaya endirib, lakin yanğın təyyarəni tamamilə bürüyüb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə Novoryazanski magistral yolunun Lyubertsi şəhər dairəsinin Çkalovo qəsəbəsi yaxınlığında tarlada təcili qəza enişi edib. 

Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib ki, hazırda İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə cinayət işi açılıb.

Onun sözlərinə görə, istintaq-əməliyyat qrupu hadisə yerində işini davam etdirir. Təyyarənin texniki sazlığı ilə bağlı bütün detallar yoxlanılır. 

Myaçkovo hava limanının Nəqliyyat xidmətinin rəhbəri Nikolay Maksimov təyyarənin uçuşdan əvvəl bütün lazımi texniki yoxlamalardan keçdiyini söyləyib. 

Hüquq-mühafizə orqanlarındakı mənbə də uçuşdan əvvəl təyyarənin texniki vəziyyətinin normal olduğunu açıqlayıb. 

Digər bir mənbənin məlumatına görə, Koltovun müddətsiz xüsusi pilot sertifikatı var imiş. 

Çex istehsalı olan idman təyyarəsinin sahibinin iş adamı Arkadi Qraçov olduğu bildirilir.

1news.az

Paylaş:
816

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər