Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır

17:04 - 09 / 11 / 2020
Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır

Ermənistan polisi növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə silah gətirilməsini aşkar edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə Vardenis rayonunda qeydə alınıb.

Məlumata əsasən, Qarabağdan Ermənistana qayıdan şəxslərin avtomobilində qumbaralar, avtomat və patronlar aşkarlanıb. Silahlar müsadirə edilib.

Qeyd edək ki, son həftələr ərzində Qarabağdan Ermənistana bir neçə dəfə silah keçirilməsinin qarşısı alınıb.

1news.az

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər