Ermənistanın ölkəmizə təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

20:51 - 09 / 11 / 2020
Ermənistanın ölkəmizə təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

Noyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

S.Xankişiyeva

 

 

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər