Yerevanda etiraz aksiyası keçirilir - Liderlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yerevanda etiraz aksiyası keçirilir - Liderlər saxlanılıb

13:13 - 11 / 11 / 2020
Yerevanda etiraz aksiyası keçirilir - Liderlər saxlanılıb

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

1news.az xəbər verir ki, Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər