Lalə Azərtaş: “Hər birimizin Prezidenti, sizin dəmir yumruğunuzdan öpürəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Lalə Azərtaş: “Hər birimizin Prezidenti, sizin dəmir yumruğunuzdan öpürəm”

17:31 - 11 / 11 / 2020
Lalə Azərtaş: “Hər birimizin Prezidenti, sizin dəmir yumruğunuzdan öpürəm”

“Yenə üzümü əsgərimizə tutacam və onları salamlayacam. Deyəcəm ki, salam olsun Qarabağ, salam olsun əsgər, salam olsun Ali Baş Komandan. Əziz əsgərim bir müddət öncə yuxuma gələrək mənə söz vermişdin ki, valideynlərinin əlindən onları azad etdiyin torpaqlara aparacaqsan”.

1news.az xəbər verir ki, bunu Xəzər Televiziyasının Birinci Studiya verilişinin aparıcısı Lalə Azərtaş deyib.

“Biz hamımız çox yaxşı bilirik ki, sən verdiyin sözün üstündə durursan, necə ki, Qarabağı azad edəcəyinə söz vermişdin və etdin də. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın da xeyir duası ilə əsgərlərimizin başlatdığı və hər günü möhtəşəm uğurlarla müşaiyyət olunan 44 günlük qələbə yolumuz, zəfər yolumuz, qürur və şəfər yolumzu mübarək olsun. Yeni tariximiz, zəfər günümüz mübarək olsun. Bir daha bütün şəhid qardaşlarımın ruhu qarşısında baş əyirəm, əsgər qardaşlarıma sonsuz minnətdarlıq edirəm. Sonda Ali Baş Komandanıma deyirəm ki, sağ olun, var olun! Qarabağ adlı bir gün, Qarabağ adlı sevinc və Qarabağ adlı zəfər üçün tarix yazan sərkərdə, ümummilli liderimizin vəsiyyətini yerinə yetirən oğul və hər birimizin Prezidenti, adətən böyüklərin əllərindən, kiçiklərin isə gözlərindən öpərlər, mən isə, sizin dəmir yumruğunuzdan öpürəm” – deyə, tanınmış aparıcı sözlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
2152

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər