Bakıda polis komendant saatını pozan sürücünü xəbərdarlıq atəşi ilə saxlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polis komendant saatını pozan sürücünü xəbərdarlıq atəşi ilə saxlayıb - VİDEO

10:16 - 12 / 11 / 2020
Bakıda polis komendant saatını pozan sürücünü xəbərdarlıq atəşi ilə saxlayıb - VİDEO

Bakıda sürücü komendant saatını pozub.

1news.az xəbər verir ki, bu barədə "report"a Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.

1news.az

Paylaş:
593

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər