Aqro-vest DC Qələbəni qeyd edir!  - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aqro-vest DC Qələbəni qeyd edir!  - FOTO

13:55 - 14 / 11 / 2020
Aqro-vest DC Qələbəni qeyd edir!  - FOTO

Bu gün  Aqro-vest DC MMC şirkətinin əməkdaşları Azərbaycan ordusunun işğaldan azad etmə əməliyyatlarının uğurlu nəticəsi-Qələbəni qeyd ediblər!     

27 setyabrda başlayan əks-hücum əməliyyatları qısa bir zamanda Vətən müharibəsinə çevrildi. Əgər qarşı tərəf əsgərləri belə döyüşə göndərə bilmirdisə, Azərbaycanda əksinə, hər kəs döyüşə can atırdı. Arxa cəbhədə hər kəs, hər bir qurum bir yumruq kimi səfərbər olmuşdu! Aqrovest şirkəti və onun kollektivi də digərləri kimi bu müqəddəs işdə kənarda qalmadı. Şirkət olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi, ordunun ehtiyaclarını qarşılamaq üçün müxtəlif geyim və gigiyenik vasitələr göndərdi. Şirkətin 40-dan çox əməkldaşı döyüşlərdə iştirak etdi. Şirkət onların əmək haqqılarını verməklə yanaşı, həm də ailələrinin yanında oldu! 

Və budur! Xalq, dövlət və lider birliyi -  Dəmir yumruq öz sözünü dedi. Cəmi 44 gün ərzində ordumuz Ali Baş Komandanın rəhbərlyə ilə tarix yazdı, işğalçıları müstəqil dövlətimizin ərazisindən qovdu!

Aqrovest şirkətində Qələbə münasibətilə təşkil olunmuş toplantı iştirakıçları:” Hər bir xalqın həyatında çətin və xoşbəxt günlər olur! Əslində çətinliklərin özü xalqı formalaşdıran əsas amillərdən biridir desək, yəqin ki yanılmarıq. 30 il ərzində Azərbaycan xalqı bütün çətinliklərə sinə gəldi, səbr etdi! Ölkəmiz iqtisadi və siyasi olaraq, inkişaf etdi, gücləndi! Xalq və dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycan xalqı öz liderinə inandı, onun ətrafında sıx birləşdi”; “Bu döyüş günlərində Ali Baş Komandan hər an sanki döyüşdə idi. Ölkənin birinci xanımı isə yaralı döyüşçülərin müalicəsini, şəhid ailələrinin qayğılarını diqqətdə saxlayırdı ” kimi sevinc və zəfər fikirləri səsləndirmişlər.

Toplantıda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur! 

 

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər