Cəbrayılda komendant postunda polisin əmrinə tabe olmayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda komendant postunda polisin əmrinə tabe olmayan şəxslər saxlanılıb

14:56 - 16 / 11 / 2020
Cəbrayılda komendant postunda polisin əmrinə tabe olmayan şəxslər saxlanılıb

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi vermiş, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətirilmişlər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunmuşdur.

Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunmuşlar.

1news.az

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər