Sabunçuda avtomobil təmiri sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda avtomobil təmiri sexində yanğın olub

09:22 - 16 / 11 / 2020
Sabunçuda avtomobil təmiri sexində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az 

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər