Milli Qəhrəman yol qəzasında vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman yol qəzasında vəfat etdi

13:34 - 18 / 11 / 2020
Milli Qəhrəman yol qəzasında vəfat etdi

Goranboyda ağır yol qəzasına düşən Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.

1news.az Redaktor.az-a istinadən xəbər verir ki, süni nəfəs aparatına qoşulan 61 yaşlı keçmiş döyüşçü bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmməd Həsənov birinci Qarabağ müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib.

M.Həsənov vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru idi.

1news.az

Paylaş:
477

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər