“Koronavirusla mubarizə!” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Koronavirusla mubarizə!” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

18:10 - 18 / 11 / 2020
“Koronavirusla mubarizə!” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının ikinci dalğasının coğrafiyası genişlənməkdədir. Ölkəmizdə bu xəstəliyə yoluxma hallarının artmasının qarşısının alınması, müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi qarşıda duran əsas məsələlərdəndir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Koronavirusla mubarizə!” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Məclisin deputatı İlham Məmmədov, 16 saylı poliklinikanın baş həkiminin müavini, terapevt Tahirə İsmayılova, psixoloq Gülər Məmmədova və Səhiyyə Nazirliyi “Covid-19”-la mübarizə işçi qrupu nümayəndəsi Günay Quluzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

 

Paylaş:
771

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər