Yasamalda yaşayış binası yanıb, sakinlər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yaşayış binası yanıb, sakinlər təxliyə edilib

09:54 - 19 / 11 / 2020
Yasamalda yaşayış binası yanıb, sakinlər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 88 kv.m olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
445

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər