Milli Məclis işğaldan azad edilmiş iki kəndə yeni ad verilməsi ilə bağlı layihəsini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis işğaldan azad edilmiş iki kəndə yeni ad verilməsi ilə bağlı layihəsini qəbul edib

13:24 - 20 / 11 / 2020
Milli Məclis işğaldan azad edilmiş iki kəndə yeni ad verilməsi ilə bağlı layihəsini qəbul edib

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
407

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər