Hikmət Hacıyev: Füzuli tezliklə xoşbəxtlik şəhəri olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: Füzuli tezliklə xoşbəxtlik şəhəri olacaq

17:32 - 22 / 11 / 2020
Hikmət Hacıyev: Füzuli tezliklə xoşbəxtlik şəhəri olacaq

Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısındayıq. Musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edirik. Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq.

1news.az xəbər verir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Qafar Ağayev 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər