Bakının bu küçələrində sıxlıq müşahidə edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu küçələrində sıxlıq müşahidə edilir - FOTO

17:53 - 23 / 11 / 2020
Bakının bu küçələrində sıxlıq müşahidə edilir - FOTO

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində. 

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində. 

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək. 

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.

Qafar Ağayev

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər