Zaqatalada ferma və yük maşını yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada ferma və yük maşını yanıb

09:02 - 24 / 11 / 2020
Zaqatalada ferma və yük maşını yanıb

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qafar Ağayev 

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər