Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO

17:22 - 27 / 11 / 2020
Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO

Bakıda daha bir yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, hadisə paytaxtın Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) baş verib. Ərazidəki tunelə girişdə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur.

Hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.

Qafar Ağayev

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər