Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

12:46 - 27 / 11 / 2020
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Son günlərdə COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə 1news.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər