Tibb Universitetinin qəzada həlak olan tələbələri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb Universitetinin qəzada həlak olan tələbələri - FOTO

14:05 - 30 / 11 / 2020
Tibb Universitetinin qəzada həlak olan tələbələri - FOTO

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

1news.az-ın məlumatına görə, hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.

Qəzada həlak olan tələbələr Tuncay və Yeganənin fotolarını təqdim edirik.

Mövzu ilə bağlı:

Bakıda dəhşətli qəza: 3 tibb işçisi öldü

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər