Ermənilərin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb

15:42 - 30 / 11 / 2020
Ermənilərin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.

Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 414, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.

Qafar Ağayev

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər