Bakıda dəhşətli qəza: 3 tibb işçisi öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəza: 3 tibb işçisi öldü

09:36 - 30 / 11 / 2020
Bakıda dəhşətli qəza: 3 tibb işçisi öldü

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

1news.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

"Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib.

1news.az

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər