Bakıda çiskin olacaq, bəzi rayonlarda yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskin olacaq, bəzi rayonlarda yağış yağacaq

13:20 - 01 / 12 / 2020
Bakıda çiskin olacaq, bəzi rayonlarda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər