Koronavirus xəstəsi şəhərdə saxlanıldı, cinayət işi açıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsi şəhərdə saxlanıldı, cinayət işi açıldı - FOTO

17:12 - 01 / 12 / 2020
Koronavirus xəstəsi şəhərdə saxlanıldı, cinayət işi açıldı - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVİD-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb.

Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən o, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman saxlanılıb və müəyyən edilmiş tibbi prosedurlar da gözlənilməklə E.Qantayev koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib. Onun barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci madddəsi ilə cinayət işi başlanılıb.

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər