Yeni nəsil dezinfeksiyaedici vasitə SterilOx – COVID-19 ilə mübarizədə sizin etibarlı köməkçiniz - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni nəsil dezinfeksiyaedici vasitə SterilOx – COVID-19 ilə mübarizədə sizin etibarlı köməkçiniz - FOTO

S.Xankişiyeva11:00 - 01 / 12 / 2020
Yeni nəsil dezinfeksiyaedici vasitə SterilOx – COVID-19 ilə mübarizədə sizin etibarlı köməkçiniz - FOTO

Hər bir insanın orqanizmi mütəmadi olaraq təhlükəyə məruz qalır, hər dəqiqə bir çox bakteriya və viruslarla qarşılaşır. Bütün bunlar nəticədə ciddi fəsadlara və müxtəlif infeksiyalara səbəb ola bilər.

Xüsusilə də indi, dünyanı bürümüş koronavirus pandemiyası dövründə hər birimizin yoluxucu risk səviyyəsinin azaldılması və sağlamlığımızın təhlükəsizliyini təmin etmək üçün bütün sanitar-gigiyenik standartlara ciddi şəkildə riayət etməli, dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik. Və bu çətin məsələdə sizlər üçün ən etibarlı köməkçi – 100% təbii inqrediyentlər əsasında hazırlanmış SterilOx dezinfeksiyaedici vasitələridir.

SterilOx şirkəti Azərbaycanda fəaliyyətinə yaxın zamanda başlamasına baxmayaraq, bir çox dövlət və özəl müəssisələrdə sterilizasiyanın dezinfeksiyası üçün geniş istifadə olunur. Nümunə üçün: Heydər Əliyev Beynəlxalq Hava Limanından istifadə edən vətəndaşlarımız və ölkəmizin qonaqları SterilOx tərəfindən hazırlanmış sterilGate xüsusi dezinfeksiyaedici tunellərindən keçir. Həmçinin təyyarəyə göndərilən baqajlar SterilOx tərəfindən hazırlanmış SterilPoint xüsusi cihazları vasitəsilə dezinfeksiya olunur (şəkilə bax).

Onu da qeyd edək ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi zamanı sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq SterilOx şirkəti, Azərbaycan Silahlı Qüvvələrini dəstəkləmək üçün ön cəbhəyə 2000 litr dezinfeksiyaedici vasitə göndərib. Xüsusilə qeyd edək ki, SterilOx dezinfeksiyaedici vasitələri beynəlxalq franşiza üzrə Bakıda istehsal edilir. Bu məhsulun özünəməxsusluğu haqqında aşağıdakı materialdan tanış ola bilərsiniz.

SterilOx – satışda olan zərərli kimyəvi maddələrin istifadə olunduğu digər dezinfeksiyaedici vasitələrin əksinə olaraq, tamamilə təbii, ekoloji cəhətdən təmiz və 100% təhlükəsizdir. SterilOx rəngsiz, tərkibində hipoxlor turşusuna (HOCl) xas olan zəif qoxusu olan mayedir. Düzgün istifadə zamanı sağlamlıq üçün təhlükəsizdir və orqanizmi müxtəlif viruslardan, bakteriyalardan və göbələklərdən qoruyur.

Eyni zamanda məkanı, mebeli və əşyaları dezinfeksiya etmək üçün də əla seçimdir. Yuxarı sadalananlardan əlavə olaraq, SterilOx xoşagəlməz qoxuları aradan qaldırır, hava təmizləyici təsir göstərir. Bunun üçün də zibil qablarını və konteynerlərini təmizləmək üçün də istifadə edilə bilər. Daha bir vacib məqam – SterilOx yüksək keyfiyyətini və müstəsna xüsusiyyətini təsdiqləyən bir çox beynəlxalq sertifikatlara malikdir.

Bir daha bu məhsulun ekoloji cəhətdən təbii əsasını vurğulayaraq qeyd edək ki, SterilOx – insanlar, heyvanlar, uşaqlar və hamilə qadınlar üçün təhlükəsizdir. SterilOx alışqan xüsusiyyətə malik deyil, çünki tərkibində spirt və ya hər hansı zərərli kimyəvi komponent yoxdur. SterilOx – sürətli və uzunmüddətli təsir göstərən ən güclü və təbii dezinfeksiyaedicilərdən biri olan hipoxlor turşusu (HOCl) əsasında hazırlanır.

Qeyd edək ki, COVID-19 kontekstində məkanların və səthlərin təmizlənməsi və dezinfeksiya edilməsinə dair ÜST-in müvəqqəti tövsiyələrində, həmçinin MSL UK laboratoriyası tərəfindən aparılan testlərin nəticələrinə əsasən, geniş çeşidli mikroorqanizmlərə qarşı antibakterial təsirə malik yuxarıda göstərilən hipoxlor turşusuna (HOCl) əsaslanan məhsulların istifadəsi tövsiyə olunur.

SterilOx-un qənaət baxımından da sərfəli olduğunu qeyd etmək lazımdır. Belə ki, səthə tətbiq olunduqdan sonra dərhal buxarlanmır, əksinə hər hansı bir səthə dəydikdə uzun müddət üzərində qalır və bakteriya, virus və virus sporları daxil olduqda onları məhv edir. SterilOx-un daha bir üstünlüyü onun istifadəsinin rahatlığıdır – heç bir qoruyucu vasitəyə ehtiyac yoxdur, istənilən qədər istifadə edilə bilər, çünki dərini qurutmur və paltarda iz və ləkə buraxmır.

SterilOx – sizin və yaxınlarınızın müxtəlif bakteriya və viruslardan təhlükəsizliyinin təminatıdır. SterilOx dezinfeksiyaedici vasitəsini Bakıdakı bütün supermarketlərdən almaq olar. Tezliklə bütün apteklərdə də əldə etmək olacaq.

SterilOx haqqında sizi maraqlandıran bütün məlumatları rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki səhifələrdə əldə edə bilərsiniz:

Instagram - https://www.instagram.com/sterilox.az/

Facebook - https://www.facebook.com/sterilox.az

Elektron poçt ünvanı – [email protected]

Əlaqə nömrəsi – (+99450) 500-58-85

Reklam hüququnda

Paylaş:
902

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər