Vətən Müharibəsində “Azərişıq” ASC-nin 5 əməkdaşı şəhid olub, 17 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsində “Azərişıq” ASC-nin 5 əməkdaşı şəhid olub, 17 nəfər yaralanıb

17:05 - 02 / 12 / 2020
Vətən Müharibəsində “Azərişıq” ASC-nin 5 əməkdaşı şəhid olub, 17 nəfər yaralanıb

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqlar azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin əməkdaşları da böyük şücaət göstərib.

Qurumdan 1news.az-a verilən məlumata görə, Vətən Müharibəsində Səhmdar Cəmiyyətin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 5-i şəhid olub, 17-si isə yaralanıb.
Şəhid energetiklərdən biri “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1990-cı il təvəllüdlü İbrahimov Atiq Ariz oğludur. Qəhrəman Atiq İbrahimov Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.

“Şimal” RETSİ-nin İzolyasiya test, Rele Mühafizəsi və Avtomatika (RMA) Xidmətinin RM üzrə mühəndisi 1995-ci il təvəllüdlü Məmmədov Murad Yusif oğlunun da adı şanlı tarix yazan qəhrəmanlarınmız sırasındadır. O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və şəhid olub. Azərbaycan Texniki Universitetinin TEMPUS layihəsi çərçivəsində elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb.

“Cənub” RETSİ-nin Lənkəran ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1993-cü il təvəllüdlü Həbibi Şəhriyar Vidadi oğlu Qubadlı–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, Bakı Dövlət Universitetində (BDU) fizik ixtisasına yiyələnib.

“Şirvan” RETSİ-nin Salyan ETSİ-nin paylayıcı şəbəkə sahəsinin mühəndisi 1993-cü il təvəllüdlü Həsənli Elçin Vaqif oğlu Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman şəhidimiz Azərbaycan Texniki Universitetinin bakalavr və magistr dərəcəklərini fərqlənmə ilə bitirib, şəhid olana qədər aspiranturada qiyabi təhsil alırdı.
“Qərb” RETSİ-nin Ağstafa ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1994-cü il təvəllüdlü Hüseynli Əliheydar Səlahəddin oğlu da 44 gün müddətində vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün böyüş şücaət göstərib və Xocavənd uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Texniki Universitetində təhsil alıb.

Şəhid olan “Azərişıq” əməkdaşlarından Əliheydər Hüseynli və Elçin Həsənli nişanlı olub. Əliheydər Hüseynlinin atası 2018-ci ildə, Şəhriyar Həbibinin atası isə 2008-ci ildə vəfat edib.

Qafar Ağayev

Paylaş:
1225

Son xəbərlər

BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06Günel Ağazadə: “Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq sahəsi sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”Bu gün, 13:03Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16
Bütün xəbərlər