Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın sayı AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın sayı AÇIQLANDI

14:39 - 03 / 12 / 2020
Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın sayı AÇIQLANDI

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir.

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qafar Ağayev

Paylaş:
839

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdüBu gün, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilibBu gün, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEOBu gün, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olubBu gün, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaqBu gün, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edibBu gün, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45
Bütün xəbərlər