XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO

10:14 - 03 / 12 / 2020
XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO

O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, "RPG-7"lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.

1news.az bildirir ki, "qafqazinfo"nun əməkdaşları bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı MAXE-si Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.

S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.

Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər. 

Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar.

Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib. Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.

Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları "RPG-7" silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir. 

Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar.

1news.az

Paylaş:
888

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50
Bütün xəbərlər