Dr.Gülşən İmanova: “Əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Dr.Gülşən İmanova: “Əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır”

10:51 - 03 / 12 / 2020
Dr.Gülşən İmanova: “Əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır”

Koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri dünyanın hər yerində davam etməkdədir. Amma virusun yayılması nəinki səngimək bilmir, əksinə, artmaqda davam edir.

Azərbaycanda həyata keçirilən ardıcıl və düşünülmüş tədbirlər pandemiyanın əvvəllərində onun qarşısını qismən almışdı. Payız-qış mövsümünün gəlməsi ilə infeksiya artmağa başladı və artıq bunun qarşısını almaq xeyli çətinləşib. Bəs bunun səbəbi nədir və biz özümüzü, doğmalarımızı qorumaq üçün daha nələri etməliyik? Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanovanın bununla bağlı məqaləsini təqdim edirik.

Koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların  sayında sürətli artım müşahidə olunur. Son günlərdə Azərbaycanda da COVID-19 infeksiyasının sürətlə yayılması hər birimizi narahat edir. Belə ki, yoluxmaların sayı 4200-ü, ölənlərin sayı isə 40-ı keçib. Bunun bir çox səbəbləri vardır.

Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir. Amma gəlin baxaq, bu mühüm qaydaya necə riayət edilir? Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi  hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxardırlar. Bununla da virusun yayılmasına rəvac verirlər.

İnfeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır. Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

Son vaxtlar  tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır...

Xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır. İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşmür...

Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır. 

1news.az

Paylaş:
657

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdüBu gün, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilibBu gün, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEOBu gün, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olubBu gün, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaqBu gün, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edibBu gün, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45
Bütün xəbərlər