Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olub - FOTO

11:10 - 03 / 12 / 2020
Hacıqabulda koronaviruslu xəstə taksi fəaliyyəti ilə məşğul olub - FOTO

Hacıqabul rayonunda COVID-19 virusuna yoluxan Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub.

1news.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının əldə etdikləri məlumat əsasında Hacıqabul Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sürücüsü, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini, 1977-ci il təvəllüdlü Məmmədov Mahir Əlibala oğlunun xəstə olmasına baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olduğu, yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin virusa yoluxduğu üçün işə çıxmaması və evdə müalicə olunması barədə qərar qəbul edilib. O, işə çıxmamasını fürsət bilərək ona məxsus "Chevrolet" markalı 99-RN-783 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərib, marketdə alış-veriş edib. Bütün bunlar marketlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Polis əməkdaşı ona zəng edib və özünü şəhər sakini kimi təqdim edərək taksi sifarişi verib. M.Məmmədov sifarişi qəbul edərək hansı ünvana gəlməsini soruşub. Toplanan materiallar əsasında M.Məmmədov taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını kobud şəkildə pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükə altında qoyub. Eyni zamanda sürücünün risk altında qoyduğu sərnişinlərin müəyyən edilməsi istiqamətində aydınlaşdırmalar aparılır və adıçəkilən şəxsin taksi xidmətindən istifadə edən sərnişinlərin koronavirus testindən keçmələri xahiş olunur.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq və təhqiqat şöbəsində M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi əsas götürülməklə araşdırma aparılır.

1news.az

Paylaş:
465

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdüBu gün, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilibBu gün, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEOBu gün, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olubBu gün, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaqBu gün, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edibBu gün, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45
Bütün xəbərlər