Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

11:37 - 03 / 12 / 2020
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib

Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumatda bildirilir ki, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb:

"Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər