Teledərslərin dekabrın 3-nə olan cədvəli | 1news.az | Xəbərlər
Cəmiyyət

Teledərslərin dekabrın 3-nə olan cədvəli

23:58 - 02 / 12 / 2020
Teledərslərin dekabrın 3-nə olan cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 3-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (“https://video.edu.az/”), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

S.Xankişiyeva

 

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər