“Ural Hava Yolları” Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ural Hava Yolları” Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək

17:11 - 04 / 12 / 2020
“Ural Hava Yolları” Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək

Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını Vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcəkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər