6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib

13:33 - 05 / 12 / 2020
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Salyanda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ərazilərimizi erməni faşizminin əsarətindən azad edən Ali Baş Komandanımızla, rəşadətli Silahlı Qüvvələrimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Bildiriblər ki, 44 günlük Vətən Müharibəsinin hər günündə xalqımız cəbhədən yalnız qələbə müjdələri aldı. Ordumuz daim irəliləyərək, düşməni doğma torpaqlarımızdan qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.

Həmişə dövlət tərəfindən onların təminatı sahəsində aparılan işlərdən razılıq edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğıya, bu gün isə yeni evlərlə təmin olunduqlarına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.

Qafar Ağayev

Paylaş:
534

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər