AFFA Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AFFA Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirdi - FOTO

14:39 - 05 / 12 / 2020
AFFA Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirdi - FOTO
 
AFFA könüllülərinin iştirakı ilə 5 dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
 
1news.az-ın məlumatına görə, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Konfransda il ərzində xüsusi fəallığı ilə seçilən 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib.
 
Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman AFFA-nın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra Avro-2020 könüllülərinin səfiri aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək könüllüləri 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.
 
Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.
 
 
1news.az
Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər