Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrının vaizi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrının vaizi

15:17 - 05 / 12 / 2020
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrının vaizi

Dünən Kəlbəcər rayonundakı Xudavəng monastrını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq.

1news.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xudavəng monastrının vaizi Rafiq Danakari deyib.

O bildirib ki, monastrda olan erməni keşişləri bizim ziyarətimizə mane olmaq istəsələr də, buna nail ol bilmədilər: "Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastrda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastr ermənilərə aid deyil, biz udunlərindir. Biz onlara sübut etdik ki, monastrı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastrda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü həmçinin xrisrtianların bayramıdır. Biz ona görə getmişdik ki, monastrda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin maneçiliyinə baxmayaraq biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastrda çəkilişlər də etdik".

Vaiz bildirib ki, səfər zamanı onlar monastrda erməni keşişlərinin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər: "Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər".

R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: "Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bögəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastrlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastrlara erməni xaçı quraşdırıblar".

1news.az

Paylaş:
603

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər