Azercell RİİB-in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell RİİB-in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:57 - 05 / 12 / 2020
Azercell RİİB-in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

“Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsilə  əlaqədar öz xüsusi töhfəsini hazırlayıb.

Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.

Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı,  6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in ZvukiviBookmateBusuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.

Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən “Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.   

Reklam hüququnda

Paylaş:
624

Son xəbərlər

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02
Bütün xəbərlər