Qusarda “Lexus” hasara çırpılaraq yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda “Lexus” hasara çırpılaraq yandı

12:09 - 05 / 12 / 2020
Qusarda “Lexus” hasara çırpılaraq yandı

Qusarda yol qəzası olub.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Atlıxan kəndində “Lexus” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər