Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

20:04 - 06 / 12 / 2020
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

S.Xankişiyeva

 

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər