Şəhid və yaralanmış hərbçilərin ailə üzvləri işlə təmin edilirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid və yaralanmış hərbçilərin ailə üzvləri işlə təmin edilirlər

12:20 - 06 / 12 / 2020
Şəhid və yaralanmış hərbçilərin ailə üzvləri işlə təmin edilirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının,  erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.

Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.

Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür,  100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək. 

Bu istiqamətlərdə işlər hazırda da davam etdirilir.

1news.az

Paylaş:
701

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər