Qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfər ev dustaqlığına buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfər ev dustaqlığına buraxılıb

17:25 - 07 / 12 / 2020
Qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfər ev dustaqlığına buraxılıb

Səbail rayon məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək həbs edilən 15 nəfərin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, keçirilən prosesdə vəsatət təmin edilib və təqsirləndirilən şəxslərdən AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev və daha bir neçə nəfərin cəzası ev dustaqlığına dəyişdirilib.

Qeyd edək ki, aksiya zamanı saxlanıaln daha 21 nəfər də cari ilin 16 noyabr tarixində ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verməkdə, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olmaqda və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndiriliblər.

Həbs olunan şəxslərə Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

AXCP üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimin barəsində isə əlavə olaraq Cinayət Məcəlləsinin 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə ittiham elan olunub.

1news.az

Paylaş:
501

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər