DİM-dən magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-dən magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara MÜRACİƏT

13:42 - 08 / 12 / 2020
DİM-dən magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara müraciət edib.

DİM-dən 1news.az-a bildirilib ki, Microsoft şirkəti 22 oktyabr 2009-cu ildə istifadəyə verdiyi Windows 7 əməliyyat sistemi üçün onillik məhsul dəstəyi göstərmək öhdəliyi götürmüşdü. Onillik dövr başa çatıb və beləliklə də, şirkət yeni təcrübə və texnologiyaların təminatına fokuslanmaq üçün Windows 7-nin dəstəklənməsini dayandırıb. Microsoft şirkəti 14 yanvar 2020-ci il tarixindən rəsmi olaraq Windows 7 əməliyyat sistemi üçün dəstəyin dayandırıldığını elan edib. Həmin tarixdən sonra kompüterlərdə Windows 7 əməliyyat sistemi işləsə də, proqram təminatı və təhlükəsizlik təminatında yeniləmələr olmadığı üçün bu, virus və zərərli proqramlarla yoluxma riski yaratmaqdadır. Bu isə o deməkdir ki, köhnə proqram təminatı ilə işləyən kompüterlər viruslara qarşı həssas olacaq.

Bu səbəbdən də Microsoft şirkəti Windows 10 əməliyyat sisteminə keçməyi qətiyyətlə tövsiyə edir. Maraqlısı ondadır ki, bununla yanaşı, şirkət istifadəçilərə öz kompüterlərini yeniləməyi, Windows 10-un bütün üstünlüklərini yeni cihazlarda sınamağı da məsləhət görür.

Microsoftun tövsiyəsinə görə, proqram təminatını və təhlükəsizlik sistemini yeniləmədən viruslardan və zərərli proqramlardan qorunmaq çətin olduğu üçün ən düzgün yol məhz Windows 10 a keçməkdir.

Bu tövsiyəni və yaranmış reallığı nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı proqramında dəyişiklik edərək Windows 10 əməliyyat sisteminə keçid etməyi qərara alıb.

Hələlik dəyişiklik yalnız əməliyyat sistemini əhatə edir. Növbəti illərdə qəbul proqramının digər hissələrinin və ofis paketinin də yenilənməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi proqramda olunmuş dəyişiklikləri nəzərə alaraq, yaxın vaxtlarda magistraturaya və işə qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin yenilənmiş nəşrini istifadəçilərə təqdim edəcək. Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində “Magistr” jurnalının 1-ci sayında bakalavrlara təqdim olunacaq.

Qafar Ağayev 

Paylaş:
353

Son xəbərlər

Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıbBu gün, 09:05
Bütün xəbərlər