Xankəndinin ətraf əraziləri minalardan təmizlənib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndinin ətraf əraziləri minalardan təmizlənib - VİDEO

17:51 - 08 / 12 / 2020
Xankəndinin ətraf əraziləri minalardan təmizlənib - VİDEO

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları tərəfindən Xankəndi şəhərinin cənub ətraf ərazilərində mühəndis kəşfiyyatı və minalardan təmizlənmə əməliyyatı həyata keçirilib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, gün ərzində bir hektardan çox ərazi və bir kilometr yol təmizlənib, 2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 62 hektardan çox ərazinin və 21 kilometrdən çox yolun minalardan təmizləndiyi və 4000-dən çox partlayıcı obyektin aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.

Qeyd olunub ki, aşkarlanan partlayıcı obyektlər, tərk edilmiş və ya partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və zərərsizləşdirilir. Evakuasiya edilə bilməyən döyüş sursatları lazımi təhlükəsizlik tədbirləri görülərək yerindəcə məhv edilir.

Rusiya Müdafiə Nazirliyinin Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin hərbçiləri Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin məsuliyyət zonasında işlərini davam etdirirlər.

1news.az

Paylaş:
528

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər